Brilliant Dadaşova Aygün Kazımovaya söz atdı

Brilliant Dadaşova Aygün Kazımovaya söz atdı
3917 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova həmkarı Aygün Kazımovaya söz atıb.

Axşam.az-ın məlumatına görə, müğənninin “Facebook” profilində yazdığı status yeni qalmaqalın başlanğıcı olub.

Həmin statusu olduğu kimi təqdim edirik:

“Bu il mənim SD-im çıxmayıb. Dediyim o maqazin proqramında bir saat müxtəlif mövzuda danışdıqlarımdan cəmi iki dəqiqə süjet yığıblar. Belə olan halda əlbəttə ki, cümlənin başı ayağı bilinib bəlli olmaz. Türkiyədə studiyaya girib, musiqi yazdırıb, klip çəkdirmişəmsə, yalnız yaxşı keyfiyyətdə səsləndirmə və görüntü olsun deyə etmişəm. Adaylığa namizəd olub, sonra da mükafata layiq görülməmək mənə aid olan şeylər deyil. Qaldı ki, “Bayatılar” mahnısına... Aygün Kazımova məndən sonra oxuyub, lap əcəb edib... Məndən sonra “Bayatılar” mahnısını bütün dünya səsləndirib... Burda nə var ki? Arzu edirəm ki, mənim oxuduğum “Vokaliz”, “Gülçöhrənin ariyası” və "Toy adamları" kimi mürəkkəb musiqiləri də səsləndirsin. İnşAllah, əminəm ki, çalışsa, öhdəsindən gələr”.