Faiq Ağayevin avtomobili olay yaratdı (Foto)

Faiq Ağayevin avtomobili olay yaratdı (Foto)
2081 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Faiq Ağayevin “Azure” ticarət və əyləncə mərkəzindəki konserti zamanı avtomobilini düzgün park etməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Axşam.az-ın məlumatına görə, müğənninin maşınını yasaq yerdə saxlaması insanlarda narazıçılıq yaradıb:

Faiq Ağayev məsələylə bağlı onu tənqid edənlərə “Facebook” profilində cavab verib:

“Mən hər zaman konstruktiv dialoqlara açıq olmuşam. Ona görə də səbəbini bilmədən nəyisə müzakirə edən insanlar üçün bu fotonu paylaşıram. Bildirmək istəyirəm ki, avtomobilin park olunması üçün yeri mən seçməmişdim. Bu yer mənim üçün konsertin keçirildiyi ticarət mərkəzinin dayanacağında əvvəlcədən ayrılmışdı. Səbəbini isə səhnəyə daha rahat çıxmağım və təhlükəsizlik üçün lazım olduğu ilə izah etdilər. Konsertin başlamasına 1 saat qalmış isə məkan lentlə dairəyə alınmışdı”.