Bu kişi modeli qadından ayırmaq olmur

Bu kişi modeli qadından ayırmaq olmur
4701 dəfə oxunub
  • A-
  • A
  • A+
Görkəmi ilə bir çoxlarını aldadan serb əsilli model Andrey Pejiç şəxsi biznesini qurmaq qərarına gəlib.

Axşam.az-ın məlumatına görə, kişi olmasına baxmayaraq, hər zaman qadın geyimləri kolleksiyasını nümayiş etdirən model maraqlı açıqlama verib.

Onun sözlərinə görə, modelyerlər tərəfindən təqdim olunan dikdaban ayaqqabılar çox zaman onları podiumda çıxılmaz vəziyyətə salır. Qadın həmkarlarının bu səbəbdən çox əziyyət çəkdiyini görən Andrey onlar üçün xüsusi ayaqqabılar hazırlayacaq. Modelin kolleksiyası isə “Kodein dikdabanları” adlanacaq. Onun bu adı seçməsi isə təsadüfi deyil. Pejiç etiraf edib ki, hər zaman dikdabanlarla podiuma çıxmazdan əvvəl “kodein” (tərkibində az miqdarda narkotik maddə olan dərman preparatı) qəbul edir.

“Siz bu ayaqqabılarda özünüzü çox rahat hiss edəcəksiniz. Qızların podiuma çıxarkən necə həyəcan keçirdiyini görürəm. Amma bu dikdabanlar onların həyatını dəyişəcək” – deyə model əlavə edib.

Qeyd edək ki, Andrey Pejiç bir çox tanınmış brendlərin simasıdır. Pejiçin üz və bədən quruluşu ona həm qadın, həm də kişi geyimlərini təqdim etməkdə kömək edir.

Günay Abbasova