Hər libası tamamlayan fərqli bir ayaqqabı olmalıdır.

Axşam.az dolabımızda mütləq şəkildə olmasına ehtiyac duyduğumuz 10 ayaqqabı modelinin siyahısını təqdim edir:

1.Babet - əksər paltarınızla uyğunlaşdıracağınız rahat babet xilaskarınız olacaq.

2. İdman ayaqqabısı - adi idman ayaqqabısını belə ancaq bu məqsədlə istifadə etmirik. Dəblə ayaqlaşan idman ayaqqabınızı şalvarla da uyğunlaşdıra bilərsiniz.

3. Qısa bot - payız aylarında və qışda sizə yoldaşlıq edəcək qısa botlarınızı həm ətəklərinizlə, həm də şalvarınızla birlikdə istifadə edə bilərsiniz.

4. Hündür platformalar - yayda ayağınızdan çıxartmayacağınız hündürdaban sandalı şortik və dar şalvarlarınızın altında istifadə edə bilərsiniz. Adi bir gündə və ya partidə bu ayaqqabılarla xüsusi görünüşə sahib ola bilərsiniz.

5. Klassik stiletto - parlaq və dəbdəbəli bir stiletto sizi əsla yarı yolda qoymaz. Ofisdə və ya axşam yeməyində ehtiyacınız olan tək şey belə ayaqqabıdır.

6. Gündəlik sandal –sadə və rahat bir ayaqqabı geyinmək istəyirsinizsə, axtardınız elə budur. Altı düz sandalla dəbli və rahat ola bilərsiniz.

7. Rəngarəng ayaqqabılar - hər qadının özünü seksual hiss edəcəyi rəngarəng və canlı ayaqqabılara ehtiyacı var. Ağılınıza gələ biləcək hər cür paltarınızla kombinləyə bilərsiniz.

8. Klassik çəkmələr - uzun klassik çəkmələr payızın soyuq günlərindən qışın sonuna qədər ən böyük köməkçiniz olacaq.

9. Açıq ayaqqabılar - bu ayaqqabı özəl bir axşam gəzintisində bizi tamalayacaq.

10. “Oxfords/Loafers” tərzli ayaqqabılar - “Brogues” və ya “loaferlar” dolabınızda olacaq ən vacib ayaqqabılardandır. Bir çox dəbli paltarlarınızla istifadə edə bilərsiniz.


                   

Digər Xəbərlər