Bakıda "Reklam acgözləri gecəsi" keçiriləcək

Bakıda "Reklam acgözləri gecəsi" keçiriləcək
1039 dəfə oxunub
  • A-
  • A
  • A+
“CinemaMixer” şirkəti və “YARAT!” müasir incəsənət məkanının təşkillatçılığı ilə aprelin 26-da “Nizami” Kino Mərkəzində coxdan gözlənilən “Reklam Acgözləri Gecəsi” keçiriləcəkdir.

Tamaşaçılar bir neçə saat ərzində nəinki son 100 ilin ən yaxşı reklam çarxlarına baxacaqlar, həmçinin möhtəşəm bir şouda iştirak edəcəklər.

Keçən əsrin 70-ci illərində fransız sahibkarı Jan-Mari Bursiko tərəfindən yaradılan bu layihə, 30 il ərzində bütün dünyada məşhurlaşmış, 2009-2010-cu illərdə İsveçrə, Serbiya, Rumınya, Madaqaskar, Moldova, CAR, Polşa, Livan, Belçika, Meksika, Fransa, İtaliya, İspaniya, Ukrayna, Çexiya, Slovakiya, Azərbaycan, Rusiya, Hollandiya, Monako, Portuqaliya, ABŞ, Bolqarıstan, Yaponiya, Almaniya, Əlcəzair, Konqo, Küveyt, Mərakeş, Honkonq, Çili və s. ölkələrdə təşkil olunub.
Biletləri şəhərin kassalarından əldə etmək olar.

Mənbə: AzərTAc