Xalq artisti ad günündə özünə hədiyyə edəcək

Xalq artisti ad günündə özünə hədiyyə edəcək
1959 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Məleykə Əsədova aprelin 23-də ad gününü qeyd edəcək.

Aktrisa Axşam.az saytına açıqlamasında həmin gün qızından sürpriz gözlədiyini bildirib:

“Özəl günlərdə, bayramlarda qızım mənə şeir yazır. Bu dəfə də evdəkilərə mənim üçün sürpriz hazırladığını deyib. Həyatımda ən önəmli gün olan 23 apreli yaxınlarımla qeyd etməyi düşünürəm”.

Xalq artisti ad günündə özü-özünə də hədiyyə bağışlayacağını bildirib:

“İstəyirəm Asiyanı gəzim. Qızım o tərəflərdə heç olmayıb. Buna görə də özümə və qızıma səyahət hədiyyə edəcəm. Amma bunu bir qədər gec, yay aylarında reallaşdıracam”.

Zəhra Əhmədova