Londonda azərbaycanlı fotoqrafın sərgisi keçirilir - fotolar

Londonda azərbaycanlı fotoqrafın sərgisi keçirilir - fotolar
1079 dəfə oxunub
  • A-
  • A
  • A+

“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı çərçivəsində azərbaycanlı fotoqraf Rena Efendinin fərdi sərgisi nümayiş etdirilir.

Axşam.az-ın AzerTAc-a istinadən verdiyi məlumata görə, sərgi çərçivəsində fotoqraf sənətsevərləri ilə görüşərək diskussiya aparıb. “The Mosaic Rooms” qalereyasında keçirilən görüşdə Rena Efendi fəaliyyəti və karyerası barədə məlumat verib, sualları cavablandırıb.

“Zones of silences” (“Sakitlik zonaları”) adlı sərgi fotoqrafın 10 illik fəaliyyətini əhatə edir. Əsərlər sənədlər, fərdi təcrübə, insan iradəsinin möhkəmliyi və başqa mövzualara həsr olunub.

Rena Efendi yaradıcılıq karyerası dövründə bir çox beynəlxalq müsabiqələrdə iştirak edib və mükafatlar qazanıb.