Dəniz Səki haqda ilk dəfə danışdı - "Ziyarət etməyəcəm"

Dəniz Səki haqda ilk dəfə danışdı - "Ziyarət etməyəcəm"
1317 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli klarnetçi Hüsnü Şənləndirici narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum edilmiş keçmiş sevgilisi Dəniz Səki haqda ilk dəfə danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən gün otellərdən birinin açılışında səhnəyə çıxan musiqiçi daha sonra jurnalistlərə müsahibə verib.

O, əvvəlcə D.Səki haqda danışmaq istəməsə də, media nümayəndələrinin təkidindən sonra bunları deyib:

“Baş verənlərə görə hamı kimi mən də kədərlənirəm. Ancaq məndə hisslər bir qədər başqadır. Yaşanan hadisələr səbəbindən pis oluram. Sevənlərinə və sevdiklərinə səbr diləyirəm. Allah hər şeyin xeyirlisini etsin. Bəzən susmaq yaxşıdır. Bunun da bir mənası var”.

Jurnalistlərin Dəniz Səkinin görüşünə gedib-getməyəcəyi ilə bağlı sualına Hüsnü Şənləndirici “Ziyarət etməyəcəm” cavabını verib.