"Buna məndən sonrakı ailəsi qərar verməlidir"

"Buna məndən sonrakı ailəsi qərar verməlidir"
1891 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Nəbahət Çəhrə keçmiş həyat yoldaşı, türk kinosunun “Çirkin kral”ı Yılmaz Güneyin məzarının Fransadan Şanlıurfaya gətirilməsi ilə bağlı qərarı eşidincə təəccübünü gizlədə bilməyib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktrisanın təəccübünə səbəb bununla bağlı sənəddə Y.Güneyin doğulub-böyüdüyü şəhərin adının səhv göstərilməsi olub. 1984-cü ildə Fransada dünyasını dəyişən və orada dəfn edilən aktyorun nəşi haqqındakı qərar haqda isə N.Çəhrə bunları deyib:

“Əvvəla, bundan xəbərim yox idi. Qaldı ki, məzarın köçürülməsinə, buna mən yox, məndən sonrakı ailəsi qərar verməlidir. Yılmaz adanalıdır. Orada doğulub. Şanlıurfanın məmləkəti kimi göstərilməsi yanlışdır”.

Aktrisa daha sonra açıqlamasına “Ölmüş bir insandır, arzusu nə olub necə bilək? Harada olursa-olsun, nur içində yatsın” sözlərini əlavə edib.