25 yaşlı milyonçu aktyor

25 yaşlı milyonçu aktyor
1638 dəfə oxunub
  • A-
  • A
  • A+
13 il əvvəl Harri Poter kimi məşhurlaşan ingilis aktyoru Daniel Radklifin bu günədək yığdığı qazancı açıqlanıb.

Axşam.az “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, 25 yaşlı aktyor bu günədək çəkildiyi film və seriallardan 105 milyon dollar gəlir əldə edib. Danielin sərmayələrini və qazancını idarə edən “Gilmore Jacobs” şirkətinin açıqladığı rəqəmin 10 milyon funtu ( təxminən 12 milyon min manat) aktyorun son bir illik gəliridir.

Qeyd edək ki, D.Radklif aktyorluqla yanaşı, diceylik də edir. Danielin təkcə 8 hissədən ibarət “Harri Poter” filmlərindən 8 milyon funt (təxminən 9 milyon manat) gəlir əldə etdiyi deyilir.