Məşhur cütlük 19 il sonra boşanır

Məşhur cütlük 19 il sonra boşanır
970 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun məşhur evli cütlüklərindən olan aktyor Kris Rok və həyat yoldaşı Malaak Kompton ayrıldıqlarını elan ediblər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor 19 ildir evli olduğu xanımından ayrılmaq üçün artıq məhkəməyə də müraciət edib. Bu barədə Krisin vəkili məlumat verib. Ulduzun həyat yoldaşı da xəbəri təsdiqləyib:

"Uzun danışıqlardan sonra Krislə mən 19 illik evliliyimizi bitirmək qərarına gəldik. Həyatımdakı dəyişikliklərə baxmayaraq, övladlarım hələ də mənim üçün ən vacib amildir. Ona görə də, KİV-dən xahiş edirəm, bizim ailənin şəxsi məsələlərinə qarşı daha həssas olsunlar".

Qeyd edək ki, Krislə Malaakın 12 və 10 yaşlı iki qız övladı var.