Nişanlısı sunamidə ölən model qurbanlar üçün şam yandırdı - fotolar

Nişanlısı sunamidə ölən model qurbanlar üçün şam yandırdı - fotolar
1710 dəfə oxunub
  • A-
  • A
  • A+
35 yaşlı çex model Petra Nemtsova 10 il əvvəl İndoneziyada baş vermiş sunamidə dünyasını dəyişənlərin xatirəsini yad edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, nişanlısı Eyms Atli ilə birlikdə həmin təbii fəlakətə düşən Petra həlak olan 5 min nəfər üçün şam yandırıb. Dəhşətlisi isə, modelin nişanlısının sunami qurbanlarından biri olmasıdır. P.Nemtsova təbii fəlakət zamanı özü 8 saat palma ağacından tutaraq sağ qalmaq üçün mübarizə aparıb.

Petra həmin günlə bağlı xatirələrini bölüşərkən “O günədək “sunami” sözünü eşitməmişdim”, - deyə açıqlama verib.

Qeyd edək ki, Petra Nemtsova həmin fəlakətdən sonra zəlzələ qurbanlarına kömək əlini uzatmaq üçün “Happy Hearts Fund” adlı yardım dərnəyi qurub.