"Güclü qadınların varlığını istəmirlər" - Madonna

"Güclü qadınların varlığını istəmirlər" - Madonna
1071 dəfə oxunub
  • A-
  • A
  • A+
Pop-diva Madonna "Rebel Heart" ("Üsyankar ürək") adlı albomundan 6 tamamlanmamış mahnının demo variantlarının internetdə yayılmasına münasibət bildirib.

Axşam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, 56 yaşlı müğənni "Üsyankar ürəkli biri olaraq haqlarım üçün mübarizə aparacağam" deyərək türk fotoqraf Mert Alaşın çəkdiyi bir fotonu İnstaqramda paylaşıb.

Dünya ulduzu mahnılarının oğurlanaraq yayaımlanması barədə bunları yazıb:

"Hələ qadınlara ayrıseçkilik edən bir dünyada yaşayırıq. Güclü qadınların varlığını istəmirlər.Özüm və ya başqa bir qadın müğənni üçün ən yaxşısını istəyirəm. Dünya hamımıza çatacaq qədər böyükdür. Bir sənətçi, qadın və bir insan olaraq haqqım üçün sona qədər mübarizə aparacağam. Çünki üsyankar bir qəlbim var".