Məşhurların bezdiyi obrazları - fotolar

Məşhurların bezdiyi obrazları - fotolar
4791 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Robert Pattinson "Alatoranlıq" filmində oynadığı Edvard Kallen obrazına nifrət edir.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, həmin obraz aktyora dünya şöhrəti gətirsə də, o, obrazın ifrat depressiv xarakterini heç də bəyənmir. Robert qeyd edib ki, hətta filmin ilk hissəsindən sonra bu qənaətə gəlib. O, obrazın görüntüsünü "narkotik qəbul etmiş kimi" təsvir edib.

R.Pattinson yaratdığı obrazdan zəhləsi gedən ilk ulduz deyil. Məşhur "Titanik" filminin ulduzu Keyt Uinslet də müsahibələrin birində həmin filmdəki Cekin (Leonardo Di Kaprio) onun rəsmini çəkdiyi səhnədən əsəbləşdiyini vurğulayıb.

Buna səbəb də, "Oskar"lı filmin çəkilişindən 17 il keçsə də, pərəstişkarların ondan avtoqraf istəyərkən hələ də Keytin lüt təsvir olunduğu fotoya imza atmasını istəməliridir:

"Mən bu fotoya imza atmıram və istəməzdim ki, ömrümün sonuna qədər bu şəkli görməyə məcbur olum".