Məşhur futbolçu yarım tonluq maralı ovladı

Məşhur futbolçu yarım tonluq maralı ovladı
1461 dəfə oxunub
  • A-
  • A
  • A+

İsveç millisinin və PSJ-nin futbolçusu Zlatan İbrahimoviç haqda maraqlı xəbər yayılıb.

Axşam.az-ın qol.az-a istinadən məlumatına görə, İsveç mətbuatı iddia edib ki, ölkəsində istirahət edən təcrübəli hücumçu ova çıxıb və çəkisi 500 kq olan vəhşi maral vurub.

İbrahimoviçin bu hərəkəti heyvan hüquqlarını qoruyan şəxslər tərəfindən narazılıqla qarşılanıb. Futbolçu yayılan xəbərlərə hələlik münasibət bildirməyib.

Qeyd edək ki, İsveçdə maral ovuna icazə verilir.