Alisia ikinci dəfə ana oldu

Alisia ikinci dəfə ana oldu
996 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı müğənni, söz yazarı və bəstəkar Alisia Keys ikinci dəfə ana olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, musiqiçi ikinci oğlunu qucağına alıb. Prodüser Svyiz Bitzlə ailəli olan “Qremmi” mükafatlı ifaçı yeni doğulan körpəsi Genesis Əli Dinin ayaq izlərini sosial şəbəkədə paylaşaraq ana olduğunu xəbər verib. 2 kiloqram 800 qram çəkisi olan Genesisin səhhəti yerindədir.

Qeyd edək ki, Alisia ilə Svyizin Yegipt Daud adlı 4 yaşlı oğulları da var.