"Möhtəşəm yüz il" İsraildə problem yaratdı

"Möhtəşəm yüz il" İsraildə problem yaratdı
2403 dəfə oxunub
  • A-
  • A
  • A+

İsrailin "Channel 9" televiziya kanalı "Möhtəşəm yüz il" serialının yayımına fasilə verdiyi üçün  tamaşaçılar telefon zəngləriylə kanalı bezdiriblər.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, telekanal serialı rusca dublyaj və ibranicə alt yazıyla efirə verirdi. Ancaq texniki problemlərə görə serial fevral ayına qədər dayandırılıb. Serial təkcə İsraildə yaşayan ruslar arasında deyil, yəhudilər arasında da məşhurlaşıb.

Hətta serialın fanatları arasında nazir və deputatlar da var. Onlar da buna etiraz edincə telekanal rəhbərliyi açıqlama vermək məcburiyyətində qalıb:

"Fasilədə başqa serialı yayımlayacağıq. "Möhtəşəm yüz il" isə fevraldan qaldığı yerdən davam edəcək. Ancaq tamaşaçılar bizi bezdirib. Bizə, nazirliklərə bununla bağlı yüzlərlə telefon zəngi gəlir. Katibəm bütün günü onlara cavab verməyə məcbur qalıb. Hətta dünən İsrail Hava Limanı İdarəsinin mudiriyyətindən də zəng vurub serialın nə vaxt başlayacağını soruşublar. Bu, artıq dəlilikdir".