"Hobbit"in ulduzundan yeni fotolar

"Hobbit"in ulduzundan yeni fotolar
1593 dəfə oxunub
  • A-
  • A
  • A+

"Lost" serialındakı roluyla dünya şöhrəti qazanan aktrisa Evancelin Lilli "Ocean Drive" jurnalının yanvar sayı üçün fotosessiya edib.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, aktrisa çəkimlər zamanı məşhur brendlərin yaz-yaz kolleksiyalarının geyim və aksesuarlarından istifadə edib.

Həmçinin o, "Hobbit" filmlərindəki rolu haqqında danışıb:

"Məni bu layihəyə dəvət etdikləri üçün çox sevinmişdim. Əvvəl ssenaridə və rejissor işində işlədim, sonra aktyor kimi iştirak etdim".

Evancelin Hollivud haqqında da fikirlərini bolüşüb:

"Mən heç vaxt Los-Ancelesdə yaşamaram.  Hərdən burda olmaq xoşuma gəlir. Hollivudda çoxlu əyləncə və maraqlı gecə həyatı var. Ancaq mən soyuq yerdə anadan olmuşam, ona görə burda hərdən darıxıram".