Aytən Səfərova qəzaya düşdü

Aytən Səfərova qəzaya düşdü
7461 dəfə oxunub
  • A-
  • A
  • A+

Telejurnalist Aytən Səfərova yol qəzası keçirib.

Axşam.az xəbər verir ki, ANS-də yayımlanan “Salam, Azərbaycan” verilişinin aparıcısı bu barədə “Facebook” hesabında yazıb:

“Zəncirvari qəzaya düşdüm. Mənim avtomobilim və daha 3 avtomobil yararsız vəziyyətə düşdü. Yüz metr aralıda keçid ola–ola, yolu düzgün yerdə keçməyən birinə görə hamı bu boyda maddi ziyana düşdü. O isə əlini cibinə qoyub rədd olub getdi. Niyə bizdə piyada məsuliyyətə cəlb olunmur?! Niyə o maşınları düzəltdirməməlidir?! Sonra onu vuranda bütün nəsli düşür sürücünün üstünə.  Qanunlarda da boşluq doludur”, -deyə A. Səfərova qeyd edib.