"Boşandığıma görə peşmanam"

"Boşandığıma görə peşmanam"
3363 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli aktrisa Qvinet Peltrou boşandığı üçün peşmandır.

Axşam.az-ın məlumatına görə, “Harper's Bazaar” jurnalına müsahibə verən ulduz 10 illik keçmiş həyat yoldaşı və iki uşağının atası, müğənni Kris Martinlə bağlı bunları deyib:

“Kaş, evli qalardıq. Məncə, elə daha gözəl olardı. Ayrıldığıma görə peşmanam”.

Qeyd edək ki, Kris Martin Qvinetlə ayrıldıqdan sonra aktrisa Cennifer Lourenslə münasibətə başlayıb. Tez-tez küsüb-barışan cütlük bu yaxınlarda Las-Veqasda restoranların birində şam edərkən görüntülənib.