“Kosmik Yeni il” nümayiş olundu - fotolar

“Kosmik Yeni il” nümayiş olundu -  fotolar
1115 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Sarayında “Kosmik Yeni il” interaktiv tamaşası nümayiş olunub.

Axşam.az-ın məlumatına görə, interaktiv tamaşada zalım və güclü Dart Veyderin hekayəsi, pis əməlləri əks olunub. Tamaşada izləyicilər Şaxta baba, Qar qız, Feya Vinks, Dəmir adam, Panda-Kunq-Fu, Hörümçək adam, Betmen və Harri Potterin macəralarına da baxıblar.

Qeyd edək ki, “Kosmik Yeni il” interaktiv tamaşası yanvarın 3-ü və 4-də də tamaşaçılara təqdim olunacaq. Saat 12:00 və 15:00-da başlayacaq şənliklərin 5-30 manat arasında olan biletlərini şəhərimizin kassalarından əldə etmək olar.