Selena Qomezin məsciddəki fotosu tənqid edildi

Selena Qomezin məsciddəki fotosu tənqid edildi
3442 dəfə oxunub
  • A-
  • A
  • A+
Yeni ili Birləşmiş Ərəb Əmirliklərində qarşılayan amerikalı ulduz Selena Qomezin Əbu-Dabidəki “Şeyx Zayed Əhməd” məscidində ayağı açıq şəkildə poz verdiyi fotonu İnstaqramda paylaşması sərt tənqidlə üzləşib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı müğənni sosial şəbəkədə izləyicilərin qınaq obyektinə çevrilib. Selenanın musiqiçi yoldaşları da yanında olub.

Qeyd edək ki, “Şeyx Zayed Əhməd” məscidinin qaydalarına görə, orada əl-ələ tutmaq və öpüşmək kimi davranışlar xoş qarşılanmır. Qadınların ətəklərinin isə topuğa qədər olması, ayaqlarının görünməməsi lazım gəlir.