Bu da Lalə Məmmədovanın kiçik qızı – foto

Bu da Lalə Məmmədovanın kiçik qızı – foto
5902 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Lalə Məmmədova balaca qızı Çinarənin fotosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, müğənni bu günə qədər qızını mediadan uzaq tutub. Bu gün 1 yaşı tamam olan Çinarəni anası belə təbrik edib:

“2014-cü il 3 yanvar – qızım Çinarə, ömür səhifəmə Nərgizdən sonra parlaq bir yazı oldun. Həyatımın ən çətin məqamlarında dünyaya gəlib, məni də, özünü də qaranlıqlardan çıxardın. Əziz balam, artıq 1 yaşına qədəm qoydun. Xalqına, el-obana, vətəninə, adət-ənənənə sadiq, xeyirli övlad ol. Çinarlar çiçək açmır qızım, sən qəribə çiçəksən”.

Qeyd edək ki, L.Məmmədovanın Nərgiz adlı bir qızı da var.