Demet Akalın avtomobil qazandı, tənqid olundu

Demet Akalın avtomobil qazandı, tənqid olundu
5407 dəfə oxunub
  • A-
  • A
  • A+
“Kanal D”də İlkər Ayrıkın aparıcılığı ilə yayımlanan “Ben bilmem, eşim bilir" yarışmasının Yeni il buraxlışında məşhur simalar yarışıb.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, yarışmanın qalibləri müğənni Demet Akalın və həyat yoldaşı, iş adamı Okan Kurt “Mercedes” markalı avtomobilə sahib olublar. Sənətçi mükafatı qızları Hira üçün qazandıqlarını bildirib.

D.Akalın sosial şəbəkədə qazandığı avtomobili bağışlamadığı üçün izləyicilərinin sərt reaksiyası ilə üzləşib. İfaçının isə buna cavabı belə olub:

"Yaxşılığı öz pulumla edirəm, məsləhətinizə ehtiyacım yoxdur. Heç kimin puluna göz dikməyin".