Azərbaycanlı tarzən vəfat edib

Azərbaycanlı tarzən vəfat edib
2176 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və İncəsənət Universitetinin “İnstrumental ifaçılıq” kafedrasının müdiri, dosent, tarzən Gülağa Zeynalov dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, tarzən Vamiq Məmmədəliyevin APA-ya verdiyi məlumata görə, Gülağa Zeynalov yanvarın 2-də axşam vəfat edib.

Mərhumla vida mərasimi bu gün keçiriləcək.

Qeyd edək ki, Gülağa Zeynalov 1956-cı il  aprelin 28-də Şuşa şəhərində anadan olub. Musiqi məktəbini bitirdikdən sonra 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

Gənc yaşlarından Odessa, Berlin, İstanbul, Hollandiya, Qazaxıstan, Özbəkistan, Kiyev və başqa şəhərlərdə keçirilən festival və müsabiqələrdə iştirak edib.