"Sinəm başqası ilə görüşdüyü an..."

"Sinəm başqası ilə görüşdüyü an..."
6790 dəfə oxunub
  • A-
  • A
  • A+
Futbolçu Arda Turan müğənni Hülya Avşarın verilişinə qonaq olub.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, futbolçu aktrisa Sinəm Koballa münasibətlərinə aid sualları bu dəfə cavabsız qoymayıb. O, H.Avşarın "Nə sənin Sinəmə, nə də onun sənə olan sevgisinin bitdiyinə inanıram" sözlərinə belə cavab verib:

"Kimin daha çox, kimin daha az səhv etdiyini danışmaq yersizdir. Biz evlilik planları qurarkən ayrılmağa qərar verdik. Deməli, xeyirlisi budur. Üzərimdə əməyi olan hər kəs mənim üçün qiymətlidir. Bura Sinəm də daxildir. Amma mən bəzi şeyləri qəbul edə bilmirəm. Sinəm başqası ilə görüşdüyü an mənim üçün hər şey bitmişdir. Bundan sonra tək arzum, onun xoşbəxt olmasıdır".