Petek Dinçöz hamilədir

Petek Dinçöz hamilədir
3287 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin tanınmış müğənnisi Petek Dinçöz ana olmağa hazırlaşır.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, ifaçı bir ay yarımlıq hamilədir. Həkimlərin iflic ola biləcəyi riski ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Petek körpəsini qucağına almaq istəyir. P.Dinçöz daha əvvəl qatıldığı televiziya proqramlarından birində bütün təhlükələrə rəğmən, ana olmağı çox istədiyini demişdi:

“Anadangəlmə boyun sümüyüm tərsinədir. Doğuşdan sonra iflic olma təhlükəm var. Ölsəm, uşağa atası baxacaq. Analıq hissini yaşamaqdan ötrü hər şeyi gözə aldım”.

Qeyd edək ki, Petek Dinçöz ötən yay iş adamı Sərkan Kodaloğlu ilə ailə qurub.