Sinəm Kobaldan Arda Turana cavab

Sinəm Kobaldan Arda Turana cavab
5555 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Sinəm Kobal futbolçu, keçmiş sevgilisi Arda Turanın “Sinəmi başqa biri ilə görəndə mənim üçün hər şey bitdi” sözlərinə cavab verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa İnstaqram hesabında bunları yazıb:

“Şəxsi həyatımla bağlı susmaq seçimimə heç kim hörmətlə yanaşmır. Hələ də bu haqda danışılır. Bu münasibət mənim üçün il yarım əvvəldən qurtarıb. Hələ də bu mövzuya toxunulması, hər səhər belə xəbərlərlə oyanmaq məni narahat edir. Xahiş edirəm, bir az qərarlarıma hörmət edin”.