"Karadayı"dan sonra seriallara çəkilməyəcəyəm"

"Karadayı"dan sonra seriallara çəkilməyəcəyəm"
2560 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Kənan İmirzalıoğlu fanatlarını kədərləndirən açıqlama verib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, üç ildir ATV-də yayımlanan "Karadayı"nın karyerasında son serial ola biləcəyini deyib:

"Seriallara uzun müddət fasilə verəcəyəm. Bəlkə də, "Karadayı"dan sonra seriallara çəkilməyəcəyəm, yeni film layihələrim var. Onları həyata keçirmək, film dünyasından uzaq qalmamaq istəyirəm".

Kənanın bu qərara gəlməsində serialların çəkiliş müddətinin çox uzun olması səbəb olub. O, bir müddət əvvəl də, serialların vaxtından şikayət etmişdi.