"Rembo: Son qan" çəkilir

"Rembo: Son qan" çəkilir
1258 dəfə oxunub
  • A-
  • A
  • A+

İlk dörd "Rembo" filminin həm baş rol aktyoru, həm də ssenaristi olan 68 yaşlı Silvestr Stallone yeni filmin adını açıqlayıb.

Axşam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, o, bu barədə Tvitter hesabında yazıb.

"Rembo: Son qan"dan sonra Stallone daha bir film - qanqster Qreq Skarpanın həyatından bəhs edən "Skarpa"nı çəkəcək.

Keçən il alman film şirkəti "Splendid Films" rəsmi açıqlama yayaraq yeni "Rembo" flmində Silvestrin əfsanəvi roluna dönəcəyini, onun bu dəfə meksikalı bir narkotik mafiyasıyla qarşı-qarşıya gələcəyini bildirmişdi. Şirkət bu filmi Oskar mükafatlı "Qocalara yer yoxdur"la müqayisə etsə də, aktyor bu barədə heç bir açıqlama verməmişdi.

Xatırladaq ki, bu seriyadan ilk film 1982-ci ildə yayımlanıb. Bütün seriyaların ümumi gəliri 100 milyon dollardan çox olub.

Qeyd edək ki, məşhur aktyoru dünyaya tanıdan digər film seriyası "Rokki" də gələn il növbəti hissəsiylə tamaşaçıların itiyarına veriləcək.