Azərbaycanlı müğənninin üçüncü övladı dünyaya gəldi

Azərbaycanlı müğənninin üçüncü övladı dünyaya gəldi
2528 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir sənətdən uzaqlaşan əməkdar artist Fidan Hacıyeva geri qayıdıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında bu yaxınlarda ana olduğu üçün efirdə görünmədiyini bildirib:

“Üçüncü övladımı dünyaya gətirdim. Buna görə də sənətdən bir müddət uzaq qalmışdım. Amma indi yeniliklərimlə geri qayıtmışam. Bir neçə yeni bəstələr üzərində çalışıram. Eyni zamanda bu yay solo konsert verməyi planlaşdırıram”.

Kökəldiyini etiraf edən opera ifaçısı artıq çəkidən xilas olmağa çalışdığını deyib:

“Yoqa ilə məşğul oluram. Bu, həm səsim üçün xeyirlidir, həm də artıq çəki ilə mübarizə aparmağa kömək edir. Bir də şirniyyatdan imtina etmişəm”.