"Brilliant Dadaşova bizə görə məyus olmasın"

"Brilliant Dadaşova bizə görə məyus olmasın"
2112 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova və müğənni Röya arasındakı qalmaqal səngimək bilmir.

Axşam.az-ın məlumatına görə, Aygün və Röya “ATV” telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında Brilliant Dadaşovanın məlum fikirlərinə münasibət bildiriblər.

Xatırladaq ki, B.Dadaşova mətbuata açıqlamasında "Türkiyə musiqi ödülləri"nə qatılan Aygün Kazımova və Röyanın mükafat ala bilməmələrinə məyus olduğunu, bunun insanda acı təəssürat bağışladığını demişdi.

Aygün Kazımova keçmiş rəfiqəsinin cavabını belə verib:

“Belə bir müsabiqədə iki nominasiyada adının hallanması özü böyük uğurdur. Brilliant xanım on beş ildir Türkiyədədir, heç bir müsabiqəyə dəvət almır, mən ona görə məyus olmamışam axı. O da bizə görə məyus olmasın”.

Brilliant Dadaşova isə öz növbəsində uzun müddət Aygün Kazımovayla dost olduqlarını inkar edib:

“Biz heç vaxt yaxin rəfiqə olmamışıq. Aramızda sadəcə salam-əleykum olub”.

Ən qalmaqallı cavab isə müğənni Röyadan gəlib:

“Səsi olmayan, ağzını açanda ancaq öskürən bir uşaq çıxıb deyir ki, Aygünlə Röya oxumur. Güya Röya bağını satıb, Aygün evini, avtomobilini... Biz heç nəyimizi satmamışıq, özümüzə səs vermək şansımız da olmayıb. Heç çıxıb efirdə pərəstişkarlarımıza da müraciət etməmişik ki, bizə səs verin. Qaldı ki, Brilliant xanımın fikirlərinə... Onun üzünə dedim ki, sən mənə görə məyus olma, uğur arzula bəsdir. Heç bir söz-söhbət məni ruhdan sala bilməz”.