Müğənnilərin açıq-saçıq geyinməsi düzgün deyil - Millət vəkili

Müğənnilərin açıq-saçıq geyinməsi düzgün deyil -  Millət vəkili
1223 dəfə oxunub
  • A-
  • A
  • A+

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov müğənnilərin açıq-saçıq geyimlərinə münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycanda müğənnilərin açıq-saçıq geyməsini dəfələrlə müzakirə edilib.

“Amma buna hər hansı bir xüsusi qanunlar tərəfindən yanaşmaq olmaz. Ümumi milli tərbiyəvi baxımdan da bu hədlər qorunmalıdır. Sənətkarlıq səviyyəsində bu məsələyə yanaşmaq lazımdır. Amma müğənnilərin hicabla çıxıb oxumasını da tələb etmək olmaz. Böyük sənətkarlıqdan irəli gələn geyim formaları var. Məsələn, muğam ifaçılarının öz geyimləri, estrada ifaçılarının ayrı geyimləri var. Dünyada necə müxtəlif geyirlərsə, bizdə də elədir. Amma buna olmaz kimi yanaşmaq da çətindir. Bu cür açıq-saçıq, şit geyinmələri də düzgün deyil. Onların açıq-saçıq geyməsi, elə o cür də danışması düzgün deyil. Bunu dəfələrlə müzakirə etmişik”.

Efirdə müğənnilərə müxtəlif qadağaların qoyulması ilə bağlı məsələyə də münasibət bildirən millət vəkilinin sözlərinə görə, dünyada bu cür hallar var və bu televiziyaların xarakteri ilə bağlıdır: “Dövlət televiziyası, ictimai televiziya, ciddi proqramları ilə seçilirlər. Onların proqram siyasəti ilə bağlı hər müğənniyə də icazə verilmir. Şou xarakterli verilişlərdə qadağa nisbətən yumşaqdır. Bu verilişlər nə qədər şou-əyləncəli olsa belə, orada müğənnilərin “soyunub çıxması” da düzgün deyil”.

Xatırladaq ki, bir gün əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamneyinin təmçilsçisi Seyid Həsən Amili Seyid Həsən Amili Azərbaycan rəsmilərinə və millət vəkillərinə müraciət edərək müsəlman qadınlarının yüngül hərəkətlərinə göz yummamağa, yarıçılpaq qadınların efirlərə çıxmasının qarşısını almağa çağırmışdı.