Natavan yaya xüsusi hazırlaşır

Natavan yaya xüsusi hazırlaşır
1748 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Natavan Həbibi yeni çıxan “Sus” adlı mahnısına klip çəkdirir.

Axşam.az-ın məlumatına görə, sənətçinin prodüseri Roland Bayramov klipin hindsayağı olacağını deyib:

“Hazırda ssenari üzərində işləyirik. Mahnının musiqisi bir az hindsayağıdır. Rejissoru Nail Naiboğlu olacaq. Gələn həftə klip çəkilişlərinə başlayacağıq. Mayın ilk həftəsində isə “Düşünürəm” mahnısını ekranlaşdıracağıq”.

Prodüser bu yay Natavanın bir neçə konsert verəcəyini də bildirib:

“Yay ayları üçün çoxlu planlarımız var. Natavan dəniz kənarında və bir neçə klubda konsert verəcək”.