Zaurdan yeni layihə

Zaurdan yeni layihə
4635 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Zaur Nəbioğlu yeni layihə ilə ekranlara qayıdır.

Axşam.az-ın məlumatına görə, “A-dan Z-yə” adlanan veriliş ANS telekanalında yayımlanacaq. Z.Nəbioğlu maraqlı bir şou hazırladığını iddia edib:

“Hər kəsin zövqünü oxşayacaq verilişlə efirə gəlirik. Dinamik, maraqlı proqramda nəinki müğənnilər, hətta idmançılar, bəstəkarlar, aktyorlar, şairlər və başqa sahələrin insanları qonaq olacaqlar. “Bakı film”in təqdimatında yayımlanacaq “A-dan Z-yə” qısa vaxt ərzində seviləcək”.