“Türkiyədə aranjiman edilən mahnıları bəyənmirəm”

“Türkiyədə aranjiman edilən mahnıları bəyənmirəm”
1112 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəşad İlyasov Türkiyədə aranjiman edilən mahnıları bəyənmir.

Axşam.az-ın məlumatına görə, “Günəbaxan” verilişinin qonağı olan sənətçi yerli musiqiçiləri bəyənməyən həmkarlarından danışıb:

“Mənim də Türkiyədə yaşayan musiqiçi dostlarım var. Onlar maddiyyat güdmədən mənə daim yardım əli uzadıb, mahnılarımı aranjiman ediblər. Amma mən o işi bəyənmirəm. Müğənni aranjiman vaxtı musiqiçilərin yanında olmalıdır, onu hiss etməlidir. Son dövrlər hər işi internetlə görürlər. Həkim “Whatsapp” vasitəsilə uşaq sağaldır. Bu cür uşaq müalicə edərlər? İnternet vasitəsi ilə aranjiman olunan ifaları iş hesab etmirəm. Bu mahnılar Türkiyənin üslubu yox, onların "tör-töküntüsüdür".