“Allaha dua edirəm ki, sonuna kimi belə davam etsin” – Emin

“Allaha dua edirəm ki, sonuna kimi belə davam etsin” – Emin
4216 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Emin “Qazeta” dərgisinə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, yaradıcılığından danışan ifaçı son günlər repertuarında rusdilli mahnılara çox yer verməsinin səbəbini açıqlayıb:

“Qızıl qrammafon”u almalıydım axı. Rusdilli mahnılar oxumağım o demək deyil ki, ingilis bəstələrindən imtina etmişəm. Mən öz üslubuma xəyanət etməmişəm. Sadəcə, yaradıcılığımda yeniliyə yer vermişəm. Rus mahnılarım radiolarda səslənir, mənə Rusiyada auditoriya toplamağa kömək edir”.

Emin “Hər bir musiqiçinin məsləhətçisi var. Elə bir insan varmı, sizə desin Lobodayla, Lepslə oxu” sualına belə cavab verib:

“Mənə deyəndə ki, bunu etmək lazımdır, mən o işi heç vaxt görməyəcəm. Duet oxuduğum insanlarla dostluğum var. Stasla qonşuyuq. Bir gün gəldi ki, belə mahnı yazmışam, onu duet şəklində oxumalıyıq. Mən də ifa etdim. Bizim yaradıcılığımız yaxındır. Maddiyyata gəldikdə isə mən heç vaxt bunu düşünməmişəm. Marketoloqları heç sevmirəm. Əgər onların məsləhətinə qulaq assan, gərək heç nə etməyəsən. Mən isə yeniliyi sevirəm”.

Müğənni “Çox fəal işləyirsiniz, heç yorulmursunuz. Klip, konsert, yeni mahnı...” sözlərinə isə belə münasibət bildirib:

“Heç vaxt enerjim bitmir (gülür). Bu, mənim həyat tərzimdir. Əgər qaynar iş rejimi olmasa, mən narahatlıq keçirirəm. Düşünürəm ki, həyatımda heç nə yolunda getmir. Bu qarışıq iş xoşuma gəlir, mənə zövq verir. Allaha dua edirəm ki, ömrümün sonuna kimi də belə davam etsin. İnsan həyata necə başlayırsa, o rejimə də öyrəşir”.