Nadirdən aparıcılara ittiham: “Siz günahkarsınız”

Nadirdən aparıcılara ittiham: “Siz günahkarsınız”
1691 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu gün cavan qızlar və oğlanlar televizora baxıb müğənnilərdən nəsə götürürlər. Onlara örnək olmağa çalışmalıyıq. Maskalanıb efirə çıxmaq lazım deyil”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “5/5” verilişinin qonağı olan müğənni Nadir Qafarzadə deyib.

“Kimdə nə yoxdur, ondan danışır. Amma mən belə etmirəm. Nəyim varsa, o haqda danışacam. Çıxıb deyirlər ki, maşınım, filan şeyim var. Əslində belə deyil. Birində maşın, digərində abır-həya yoxdur. Bunda bəzi aparıcılar günahkardır. Siz günahkarsınız... Müğənniləri efirə çağırırsınız, xalqa namus, ər dərsi keçirlər. Amma əslində elə onun əxlaqı, namusu, şəxsiyyəti sıfırdır. Nəyisə reytinq xətrinə etmək olmaz”.