"Həbsxanada Aqili ziyarət edəcəm" - Zorik

"Həbsxanada Aqili ziyarət edəcəm" -  Zorik
2437 dəfə oxunub
  • A-
  • A
  • A+

Klipmeyker Zöhrab Ağayev həbs edilən həmkarı Aqil M.Quliyev haqqında danışıb.

O, Axşam.az saytına açıqlamasında rejissoru ziyarətə getməyə hazırlaşdığını deyib:

“Xəbəri eşidəndən özümə gələ bilmirəm. Rejissorluğa başlayarkən mənə tək dəstək olan insan Aqil M.Quliyev idi. Ülviyyə Könül, Kənan M.M, Fuad Əlişov, Şahin Zəkizadə efirdə məni tənqid edirdi, amma Aqil onlara qoşulmadı. Hətta dəfələrlə üz-üzə gələndə hər köməkliyi göstərməyə hazır olduğunu deyirdi.

Mən onun yaxşılıqlarını unutmaram. Neçə gündür maraqlanıram, deyilənə görə, təcridxanada saxlanılır. Yanına isə heç kimi buraxmırlar. Hər gün əlaqə saxlayacağam. Nə vaxt icazə versələr, onu həbsxanada ziyarət edəcəm”.