Xalq artistinin insult keçirməsi xəbərinə nəvəsindən münasibət

Xalq artistinin insult keçirməsi xəbərinə nəvəsindən  münasibət
2331 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nuriyyə Əhmədovanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərə nəvəsi Faiq (dünyasını dəyişmiş qızının oğlu – red.) münasibət bildirib.

Axşam.az “azvision.az”-a istinadən xəbər verir ki, Faiq nənəsinin səhhətinin normal olduğunu deyib:

“Nənəm indi evdədir. Sadəcə dünən gecə qan təzyiqi qalxmışdı. Heç xəstəxanaya yerləşdirməyə ehtiyac qalmadı. Təzyiqi qalxan kimi dərhal üstünə düşdük. Ona görə də, tez də normallaşdı. Hazırda vəziyyəti yaxşıdır, dincəlir. İnsult keçirməsi ilə bağlı yayılan xəbərlər də yalandır. Belə xəbərləri haradan çıxarırlar bilmirəm”.

Qeyd edək ki, bu gün mətbuatda Nuriyyə Əhmədovanın insult keçirərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.