Namiq Qafarov sərt danışdı

Namiq Qafarov sərt danışdı
1281 dəfə oxunub
  • A-
  • A
  • A+

“N-brothers” qrupunun rəhbəri, prodüser Namiq Qafarov şou-biznes nümayəndələri haqqında danışıb.

O, Axşam.az saytının müxbirilə söhbətində hazırda sənət aləmində səsi olmayanların öndə getdiyini deyib:

“Çıxır bir mahnı oxuyur, gedib bahalı avtomobil alır. Hansı pulla alır onu? Axı, bizim şou-biznesdə bir mahnıyla pul qazanmaq olmur. Niyə sənəti olan Samira, Lalə Məmmədova kimi müğənnilərdə elə bahalı maşın yoxdur?! Bu gün sənətdə kiminsə pulu gücünə at oynadanlar çoxdur. İmkanlı biri ona dəstək olur, efirlərdən düşmür. Halbuki, heç səsi də yoxdu. Hər kəs bir-birinin arxasınca danışır. Buna görə də şou-biznes getdikcə korlanır. Bu da toy bazarının ölməsinə gətirib çıxarır”.

Prodüser qrup yaradan sənətçilərdən də danışıb:

“Bu da yeni biznesdir. Hər gün bir müğənni özünə qrup yaradır. Çünki müğənnilər toy apara bilmir. İş əllərindən çıxmasın deyə bu yola əl atırlar. Toyda qrupu oxudurlar, güya bunların işi başlarından aşır. İnsanları belə aldatmaq olmaz”.