Sevda Amerikada klip çəkdirəcək

Sevda Amerikada klip çəkdirəcək
1010 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevda Yahyayeva “De mənə” mahnısına klip çəkdirəcək.

Axşam.az-ın məlumatına görə, sənətçinin sözləri şairə Leyliyə, Musiqisi Pərviz Mahmudova aid olan mahnısının ekran işi Amerikada lentə alınacaq. Nyu-York və Los-Anceles gorüntülərinin yer alacağı klipin çəkilişi üçün müğənni özü ilə Bakıdan yaradıcı kollektiv aparacaq.

Sevda həmçinin "ANS" telekanalında yayımlanan "Günə baxan" verilişində  oxu tərzini dəyişəcəyini deyib:

“İfamda bir az eksperiment aparmaq istəyirəm. Qərb-Şərq stilində mahnılar oxuyacam. Maraqlı alınacağına inanıram”.