Yayın hitini Aysel oxuyacaq

Yayın hitini Aysel oxuyacaq
2405 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc müğənni Aysel Babayeva “AzeriLife Entertainment” şirkəti ilə birlikdə hazırladığı yeni mahnısını təqdim edəcək.

Axşam.az-ın məlumatına görə, “Böyük səhnə”, “Eurovision 2013”  müsabiqəsinin iştirakçısı olan Aysel bu mahnıya klip də çəkdirəcək.

Müğənninin yeni mahnısının sözləri və aranjimanı Fərid Məmmədova, musiqisi Rasif Babayev və Fərid Məmmədova aiddir. Mahnıdakı bəzi effektlərlə (SFX) dicey Əli Abbasov məşğul olacaq.
Fərid və Aysel mahnı haqqında tam açıqlama vermir. Onlar yalnız bəstənin bir xanım obrazını əks etdirəcəyini deyiblər.

İlin hiti olacağı iddia edilən bəstəyə klipi rejissor Nicat Fərəcov çəkəcək. Tamaşaçılar mahnını ilk dəfə kliplə birlikdə dinləyə biləcəklər.