"Ən kaprizli müğənni Röyadır" - Samiraldo

"Ən kaprizli müğənni Röyadır" - Samiraldo
2117 dəfə oxunub
  • A-
  • A
  • A+

Stilist Samiraldo birgə çalışdığı müğənnilərdən danışıb.

O, Axşam.az saytının müxbirilə söhbətində sənətçilərin kaprizlərindən bəhs edib:

“İllərdir bir çox sənətçilərlə işləyirəm. Onlar arasında ən kaprizlisi müğənni Röyadır. Əgər Röya təkdirsə, onu istədiyim formada bəzəyirəm, xoşuna gəlir. Amma elə ki, yanında kimsə olursa, başlayır narazıçılıq etməyə. Üzünə ton vurmağı xoşlamır, əsəbiləşir.

Xalq artisti Flora Kərimova ilə də çalışmaq çətindir. Makiyajı edirsən, işin yarısına çatanda başlayır özü bildiyi formada dəyişiklik etməyə. Ən mülayim sənətçi isə Nisə Qasımovadır. Nə etsən, səninlə razılaşır”.

Samiraldo şou-biznesdə imicini bəyənmədiyi müğənniləri adlarını açıqlayıb:

“Ruhəngiz Musəvinin, Xuraman Şuşalının, Səidə Sultanın imici heç vaxt xoşuma gəlməyib. Ruhəngiz Musəvini gözəl imicə salardım”.

Zəhra Əhmədova