Obama qızlarını şantaj etdi

Obama qızlarını şantaj etdi
1498 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ prezidenti Barak Obama qızlarının döymə etdirməməsi üçün maraqlı üsula əl atıb.

Axşam.az-ın "Hürriyət"ə istinadən verdiyi məlumata görə, o, bu haqda Ağ Sarayın müxbiri Savannah Quthurieyə müsahibəsində danışıb.

Prezidentin dediyinə görə, həyat yoldaşı Mişellə birlikdə qızları Saşa və Malianı bu fikrindən daşındırmaq üçün şantaj ediblər:

“Əgər döymə etdirsəniz, biz də eyni addımı atıb “Youtube”a çıxacağıq və “Baxın, bu da ailə döyməmiz” deyərək hər kəsə göstərəcəyik".

Obama bu yolla son vaxtlar cəmiyyətdə geniş yayılan döymə dəbinin heç də yaxşı bir iş olmadığına qızlarını inandıracağını düşünüb.

Xatırladaq ki, Barak 2009-cu ildə prezident kürsüsünə oturduğu zaman ölkənin problemlərindən  daha çox yetkinlik yaşına çatmış qızların ücbatından saçlarının ağardığını demişdi.

Obama və Mişel cütlüyünün qızları Saşanın 11, Malianın isə 14 yaşı var.