Uşaqların xoşbəxt gələcəyinə tövhə verdilər

Uşaqların xoşbəxt gələcəyinə tövhə verdilər
3142 dəfə oxunub
  • A-
  • A
  • A+

“Four Seasons” otelində “Uşaqların xoşbəxt gələcəyi” adlı xeyriyyə tədbiri keçirilib.

Axşam.az-ın məlumatına görə, gecəyə işadamları, sənətçilər və müxtəlif sektorların nümayəndələri qatılıb.

2006-cı ildə yaradılan “Uşaqların xoşbəxt gələcəyi” adlı cəmiyyət tədbirlərdən əldə etdiyi gəliri ehtiyacı olan, qüsurlu körpələrin müalicəsinə sərf etməklə məşğuldur.

Dünənki mərasimdə satışa çıxarılan rəsm əsərlərinin hesabına 8 min dollar pul yığılıb. Əldə olunan məbləğ ürəyində qüsur olan körpələrin müalicəsinə xərclənəcək.

Tədbirdə əməkdar artist Tünzalə Ağayeva, şoumen Murad Dadaşov, modelyer Gülnarə Xəlilova, xalq artisti Mənsum İbrahimov, aparıcı Samirə Mustafayeva da iştirak edib.