“Manafla Rüfətin zənginə cavab vermədim”

“Manafla Rüfətin zənginə cavab vermədim”
4131 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatirə İslam ana olduqdan sonra ilk dəfə “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, müğənni bildirib ki, doğum evində olarkən sənət dostları Manaf Ağayev və Rüfət Axundovun zənglərinə cavab verməyib.

Xatirə buna səbəb kimi həmkarlarının müxtəlif zarafatlar edərək onu güldürməsini göstərib.

“Mən də yazırdım ki, sms göndərin, zəng etməyin. Çünki həkim tam sağalmadığım üçün gülməyimə icazə vermirdi”.

Xatırladaq ki, müğənninin oğul övladı dünyaya gəlib.