Emin Ağalarov rusiyalı müğənniləri Bakıya gətirir

Emin Ağalarov rusiyalı müğənniləri Bakıya gətirir
4641 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən bəstəkar - müğənni Eminin “Sea Breeze” otelində media nümayəndələri ilə görüşü baş tutub.

Axşam.az-ın məlumatına görə, sənətçi 50 gündə 27 şəhərdə konsert verəcək.

Emin deyib ki, sahibi olduğu otelin mövsüm açılışında səhnəyə ilk özü çıxacaq. O, bu dəfə müğənni Çingiz Mustafayevlə eyni səhnəni paylaşacaq.

Emin Ağalarov mövsümboyu bir neçə rus sənətçilərinin buraya gəlişinin gözlənildiyini də anons edib:

“Rus estradasının müğənniləri ilə danışıqlarımız davam edir. Hər həftənin sonu bir məşhur simanın konserti planlaşdırılır. Onlar arasında Dima Bilan, Vika Danika, Timur Rodriqez, “A-studio” qrupu və digərlərinin adı yer alır”.

Emin Ağalarov şəxsi biznesi haqda da danışıb:

“Əgər mən öz məhsullarımı brendə çevirə bilmişəmsə, bu, atam Araz Ağalarovla yanaşı həm də Azərbaycanın adıdır. Sonucda mən azərbaycanlıyam və adım Emindir. Mən ümumiyyətlə xüsusi seçilmiş olmağa iddialı deyiləm. Musiqilərimin sevilməsi və biznesimin inkişafı mənim üçün yetərlidir”.

Tədbirə qatılan Çingiz Mustafayev Eminin ona dəstək olduğunu deyib:

“Bu il Yurmala festivalında ölkəmi təmsil edəcək müğənni seçildim. Bu işdə mənə Emin dəstək olur. Çalışacam onun etimadını doğruldum”.

Fotolar: Bəhruz ƏLİZADƏ