“IX korpus” qısametrajlı sənədli filminin çəkilişləri başa çatdı

“IX korpus” qısametrajlı sənədli filminin çəkilişləri başa çatdı
707 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında ekranlaşdırılan "IX korpus" qısametrajlı sənədli filminin çəkilişləri yekunlaşıb

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a verilən məlumata görə,  "IX korpus" qısametrajlı filmi keçmiş Yuqoslaviyada alman faşistlərinə qarşı mübarizə aparan korpusun daxilində "Russkaya çetna" adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan bəhs edir. Ekran əsərinin rejissoru Tahir Əliyevdi.


Filmin 2013-cü ildə təqdimatının keçirilməsi planlaşdırılır.