“Maykl Ceksonun ruhu evimizdə gəzir”

“Maykl Ceksonun ruhu evimizdə gəzir”
2213 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur dünya ulduzu Mayk Ceksonun ruhu uşaqlığının keçdiyi evdə görülüb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda müğənninin bacısı La Toya danışıb. O, ruhu özünün və uşaqlarının gördüyünü deyib.

Toyanın sözlərinə görə, Cekson onun övladları Prins, Paris və Blanketin ətrafında gəzərək, onları qorumağa çalışır.

“Mayklın ruhu Kaliforniyadakı malikanəsinə gələrək, step rəqsi belə edir. Maraqlıdır heç bir şey görmürsən, amma nəyinsə dolaşdığını hiss edirsən. Ceksonun nə söyləməyə çalışdığını bilmək istərdim” deyərək o əlavə edib.